logo

İlham Əliyev İran prezidentinə başsağlığı verib

18:48 09-06-2022 | icon 11907
İlham Əliyev İran prezidentinə başsağlığı verib

Prezident İlham əliyev iyunun 9-da İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"