logo

Azərbaycan Ordusunun modernləşdirilməsi üçün sıx əməkdaşlıq edirik-Ərdoğan 

14:54 09-06-2022 | icon 11116
Azərbaycan Ordusunun modernləşdirilməsi üçün sıx əməkdaşlıq edirik-Ərdoğan 

“Erməni tərəfinin təhriki ilə başlayan 44 günlük müharibədə bölgədə 30 il davam edən işğal sona çatıb. Bu müddətdə Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə azərbaycanlı qardaşlarımıza dəstək verdi”.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Bu gün isə atəşkəsin daimi olması üçün Birgə Mərkəzdə Rusiya və Türkiyə silahlı qüvvələri qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi, minaaxtarma mövzularında qardaşlarımızla sıx əməkdaşlıq edirik”, - deyə dövlət başçısı vurğulayıb.