SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin imzalayıb.
Sənəd Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır.