Şuşa xüsusi sessiyası çərçivəsində SOCAR ilə BP arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf və BP-nin Regional prezidenti Qəri Counz imzalayıb. Sənəd Azərbaycan Respublikasında bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur.