Zəngilanda "Azercell"in ilk rəsmi diler mağazası!
Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramının nəzərdə tutduğu Regional İnfrastruktur Layihələrində aparıcı oyunçulardan biri olan “Azercell Telekom” bu sahədə növbəti əhəmiyyətli addımını atır. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq lider mobil operator Zəngilanın Ağalı kəndində ilk rəsmi diler mağazasını abunəçilərinin istifadəsinə verir.
Qururverici haldır ki, işğaldan azad olunmuş tarixi ərazilərimizdə ilk rəsmi satış və xidmət məntəqəsinin açılışı Zəngilanda ötən ildən başlayaraq intensiv şəkildə həyata keçirilən “Ağıllı kənd” (Smart Village)layihəsinin ölkə prezidentinin bilavasitə iştirakı ilə keçirilən təntənəli açılışına təsadüf etdi.
Qeyd edək ki, "Azercell"in bu regionda təqdim etdiyi mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edəcəklər. Nəzərə çatdıraq ki, Ağalı kəndində yerləşən diler dükanında şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksərabunəçi əməliyyatlarının icrası mümkündür. Həmçinin, paytaxt və digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarında olduğu kimi, burada da abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.
Xatırladaq ki, daha öncə aprel ayında "Azercell" Müştəri Xidmətləri komandası azad olunmuş ərazilərimizdə şirkətin şəbəkəsindən faydalanan abunəçilərə dəstək göstərmək təşəbbüsü ilə Zəngilanın Ağalı kəndinə, eləcə də Şuşa, Cəbrayıl, Qubadlı və Kəlbəcərə səfər edərək abunəçilərə ödənişsiz xidmət göstəriblər.
"Azercell"in əsas vəzifəsi və məqsədi işğaldan azad edilmişərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır