AZAL Rusiyaya uçuşları bərpa edir
Azərbaycanın milli aviadaşıyıcısı iyunun 15-dən etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.
“Azərbaycan Hava Yolları” QSC-dən(AZAL) YeniAvropa-ya bildirilib ki, qeyd edilən tarixdən etibarən “AZAL” və “Buta Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir.
“Azərbaycan Hava Yolları” aviaşirkəti iyunun 15-dən etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq. Bakıdan Sankt-Peterburq şəhərinə aviadaşıyıcının uçuşları həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
“Buta Airways” aşağıbüdcəli aviaşirkət həmin tarixdən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri) və Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
“AZAL” və “Buta Airways” aviaşirkətlərinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində satışdadır. Aviaşirkətlərin “www.azal.az” və “butaairways.az” rəsmi saytlarında biletlərin satışı mərhələli şəkildə açılacaq.
Bu uçuşlara qeyd edilən daşıma şərtlərinə uyğun və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazə verilən sərnişinlər qəbul ediləcək.
Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədəki qayda və məhdudiyyətlərlə tanış olmaları məsləhət görülür. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar: https://www.azal.az/az/information/covid-russia, https://www.butaairways.az/az/covid/russia.
Azərbaycana giriş qaydaları haqqında məlumatla “https://www.azal.az/az/information/covid-azerbaijan” və “https://www.butaairways.az/az/covid/azerbaijan” keçidi vasitəsilə tanış olmaq olar.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır