logo

Bakıda Fransız kino günlərinə start verilir

18:58 02-06-2022 | icon 16261
Bakıda Fransız kino günlərinə start verilir

İyunun 7-dən Bakıda “100 faizlik klassiklər: Fransız kino həzzi” adlı film nümayişləri başlayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı(AKİ) ilə Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən 3 günlük nümayiş “Azərbaycan” kinoteatrında reallaşacaq.

Kinematoqrafçılar ittifaqından YeniAvropa-ya bildirilib ki, filmlər fransız dilində, Azərbaycan və ingilis altyazıları ilə təqdim olunacaq.

İyunun 7-də “Atalanta” (Jan Viqo), 14-də “Baltazar” ( Rober Bresso), 21-də isə “Uçuş zolağı” və “Sibirdən məktublar (Kris Marker) filmləri nümayiş olunacaq