Türkmənistandan Azərbaycana İran üzərindən il ərzində 1,5 milyard kubmetr qaz nəql ediləcək. Bu, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan üçtərəfli müqaviləyə əsasən həyata keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu sözləri İranın neft naziri Cavad Oici Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, İran təbii qazın gündəlik istehsal həcmini 2 milyard kubmetrə çatdırıb, neft hasilatı üzrə bu göstərici 4 milyon bareldir. Gələcəkdə qaz hasilatının 1,4 milyard kubmetrədək azaldılması, xam neft hasilatının isə gündəlik 6 milyon barelə çatdırılması planlaşdırılır.