İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasının Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə nazir məlumat verib.
“İtaliya Respublikasının Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava ilə görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və energetika
sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq məsələləri barədə danışdıq”, - deyə nazir qeyd edib.