logo

"AÇG" və “Şahdəniz”dən indiyədək 168 milyard m3 qaz hasil edilib

11:11 02-06-2022 | icon 2492
"AÇG" və “Şahdəniz”dən indiyədək 168 milyard m3 qaz hasil edilib

“Azəri-Çıraq-Günəşli”(AÇG) və “Şahdəniz” yataqlarından indiyədək 168 milyard kubmetr qaz hasil edilib.

YeniAvropa xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.

Nazir bildirib ki, bu layihələr çərçivəsində 163 milyard dollardan artıq gəlir əldə olunub. Bu günədək AÇG neft-qaz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 555 milyon ton neft hasil edilib.