Azərbaycan və Serbiya enerji əməkdaşlığına dair saziş imzaladı
Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra görüşlər keçirib.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə baş tutan görüşdə Azərbaycandan təbii qaz və neftin tədarükü, həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı müzakirələr aparılıb. Bu layihə vasitəsilə Xəzər dənizinin nəhəng külək enerjisi potensialı hesabına Avropaya “yaşıl” enerjinin ixracının mümkünlüyündən bəhs edilib. Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin külək enerjisindən istifadə investorların marağındadır və tezliklə bu istiqamətdə imzalanacaq müqavilə “yaşıl” elektrik enerjisinin ixrac imkanlarını artıracaq.
Tədbir çərçivəsində Serbiyanın baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç ilə də görüş olub.
Söhbət zamanı Cənub Qaz Dəhlizinin interkonnektorlarla şaxələndirilməsinin Serbiya və Balkan ölkələri, eləcə də təchizatçı kimi Azərbaycan üçün əhəmiyyətli olduğu vurğulanıb. Cənub Qaz Dəhlizinə Serbiyanın inteqrasiyasına imkan yaradacaq Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərindən, eləcə də Serbiya-Rumıniya və digər interkonnektorlardan bəhs edilib. Görüşdə təbii qazla yanaşı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilib.
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Serbiya tərəfindən isə bu ölkənin baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç imzalayıb.
Hər iki ölkənin enerji və təbii ehtiyatların potensialından rasional istifadə etmək məqsədi daşıyan bu saziş energetika sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri, eləcə də mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəddə, həmçinin Cənub Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün əməkdaşlığın davam etdirilməsi öz əksini tapır.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır