logo

İlin əvvəlindən "Bakı-Tbilisi-Ərzurum" kəməri ilə 6,7 milyard m3 qaz ötürülüb

11:44 30-05-2022 | icon 2492
İlin əvvəlindən "Bakı-Tbilisi-Ərzurum" kəməri ilə 6,7 milyard m3 qaz ötürülüb

Magistral qaz kəmərləri ilə 13 milyard 923,1 milyon kubmetr qaz nəql edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artım deməkdir. Qazın nəqlinin 48,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 6 milyard 783,5 milyon kubmetr qaz ötürülüb.