logo

İstanbulun rəmzləri şanlı bayrağımızın rənglərinə bürünüb

22:18 28-05-2022 | icon 11802
İstanbulun rəmzləri şanlı bayrağımızın rənglərinə bürünüb

28 May – Müstəqillik Günü münasibətilə İstanbulunun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

YeniAvropa xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyəti dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəni birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.

Kompozisiya yerli vətəndaşlar və bu şəhərdə qonaq olan turistlər tərəfindən böyük maraqla qarşılanıb.