logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

14:29 26-05-2022 | icon 2422
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, iclası açıq elan edən Müşahidə Şurasının sədri Azay Quliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

İclasda Agentliyin Strateji Planının hazırlanması, ictimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair Agentliyin hesabatını dinləmək və   ictimai iştirakçılıq, ictimai nəzarət təcrübəsinin təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etmək haqqında fikirlər səslənib və cari məsələlər müzakirə edilib.

Eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən  elan edilən “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin yekun ekspertizanın nəticələri Müşahidə Şurasına təqdim edilib. 

İclasda daxil olan layihələrin və ekspert rəylərinin bir daha təhlil olunması və yaxın günlərdə nəticələrin açıqlanması qərara alınıb.