2022-ci ildə Rusiyada neft hasilatı 480-500 milyon tona qədər azala bilər. Lakin hökumət 2022-ci ilin aprelində gündəlik 1 milyon barel azalmadan sonra hasilatın tədricən bərpa olunacağını gözləyir.
YeniAvropa xəbər verir ki, "TASS" informasiya agentliyi Rusiya baş nazirinin müavini Aleksandr Novaka istinadla belə bir məlumat yayıb.
“Neft hasilatında cəmi bir ay müddətində gündəlik bir milyon barel azalma baş verib. Bunun tədricən bərpa olunacağını düşünürəm. Ötən il 524 milyon ton neft hasil etdik və 2022-ci ildə bu göstərici 480-500 milyon tona enəcək. Lakin nəticə vəziyyətdən asılı olaraq dəyişə bilər”, - deyə Aleksandr Novak bildirib.
Rusiya 2021-ci ilin yazından etibarən neft hasilatını tədricən artırmağa başlamışdı. Lakin Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Moskvaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar Rusiyada xam neftin kəşfiyyatına, hasilatına və emalına investisiya yatırımlarını qadağan edib. RF-in maliyyə naziri Anton Siluanovun sözlərinə görə, ölkə 2022-ci ildə sanksiyalar səbəbindən neft hasilatının 17 faizini itirə bilər