logo

Bərdədə ər arvadını ov tüfəngi ilə güllələdi

12:12 26-05-2022 | icon 658
Bərdədə ər arvadını ov tüfəngi ilə güllələdi

Mayın 25-i saat 09 radələrində Bərdə rayonunun Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Bərdə rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.