logo

Hərbçilərimiz “Efes-2022” çoxmillətli təlimində iştirak edirlər

11:55 26-05-2022 | icon 2828
Hərbçilərimiz “Efes-2022” çoxmillətli təlimində iştirak edirlər

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,təlimin növbəti günündə ssenariyə uyğun olaraq, sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edirlər.