logo

ABŞ Azərbaycana yeni səfir təyin etməyə hazırlaşır

10:10 26-05-2022 | icon 14455
ABŞ Azərbaycana yeni səfir təyin etməyə hazırlaşır

Prezident Co Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Mark Libbi Dövlət Departamentinin Vaşinqtonda yerləşən Milli Müharibə Kollecində məsləhətçiidir. O, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi ABŞ-ın Brüsseldəki missiyasında rəhbərin müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Bundan əlavə, diplomat ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı diplomatik nümayədəliklərində siyasi məsləhətçi qismində xidmət edib.

Mark Libbi magistr dərəcəsini Milli Müharibə Kollecində alıb. O, polyak və fransız dillərində sərbəst, rus, türk və alman dillərində isə məhdud dərəcədə danışır.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer 2019-cu ilin martından bu vəzifəni icra etməkdədir.