TAP İtaliyanın qaza olan tələbatının 25 %-ni ödəyə bilər-Ceyhun Bayramov
Cari ilin may ayınadək Azərbaycan Trans-Adriatik Təbii Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.
"2022-ci ildə Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz təchizatı proqnozlaşdırılır. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 %-ni qarşılayır. Tam genişlənmə və ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılacağı təqdirdə, TAP İtaliyanın qaza olan tələbatının 20-25 %-ni ödəyə bilər”, - deyə nazir bildirib.
C. Bayramovun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında strateji iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır və ölkəmiz İtaliyanın əsas xam neft, ötən ildən başlayaraq isə təbii qaz təchizatçılarından biridir: "Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir".
Nazir vurğulayıb ki, ümumiyyətlə, Avropa İttifaqı və onun bəzi üzv ölkələri Ukraynada baş verən hadisələrdən öncə də Azərbaycandan enerji resurslarının nəqlinin artırılmasına maraq nümayiş etdirmişlər: "Bəzi ölkələrdən onların öz enerji istehlakında kömürün qazla əvəz edilməsinə və enerji keçidinə töhfə üçün Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara doğru genişləndirilməsi ilə bağlı müvafiq sorğular alınmışdır. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə və təchizat mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verməklə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Təbii ki, Azərbaycan qazının daha geniş Avropa məkanına nəqli əlavə resurs bazasına sərmayələrin cəlb edilməsi deməkdir və biz, bu məsələdə Avropa İttifaqı və üzv ölkələrin dəstəyinə ümid edirik”.
Ceyhun Bayramov daha sonra bildirib ki, elektrik enerjisinin ixracı sahəsində təcrübəyə malik Azərbaycan Avropa İttifaqını da elektrik enerjisi ilə təmin etmək potensialına malikdir: "Hazırda Azərbaycan Avropa İttifaqı ilə ənənəvi enerji resurslar ilə yanaşı, hidrogen və bərpa olunan enerji sahəsində də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. 2030-cü ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Dənizdə külək enerjisinin inkişafı və ölkəmizin işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində konkret addımlar atılmaqdadır. Beləliklə, Azərbaycan neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpa olunan enerjinin ixracı ilə genişləndirə bilər. Göründüyü kimi, qlobal enerji bazarında Azərbaycan kommersiya maraqlarından çıxış edir və digər ölkələrin bazar payını əvəz etmək və ya onlarla rəqabət etmək məqsədi qarşısına qoymur”.
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 311 min nəfəri ötür
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxdu
Paytaxtda əməkçilərin hüquqlarının pozan şirkətə qarşı cinayət işi başlanılıb
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib
Hazırda Zaqatalada axan bir neçə çaydan sel keçir
Aİ-nin prezidenti Şarl Mişel İlham Əliyevə zəng etdi
Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma planı hazırlanır
İlham Əliyev Bakı–Şamaxı- Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayırdı
3 rayonda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
DİM II və III qrup üzrə 32 mindən çox abituriyent üçün imtahan keçirəcək
Sabah Bakıda 33° isti olacaq
Allahşükür Paşazadə Londana gedir
Tehranda Azərbaycan və İranın XİN başçılarının görüşü olub
İlham Əliyev 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
"Şahdağ"da qar yağıb
Yevlaxda polis əməkdaşına xəsarət yetirən şəxslərə cinayət işi başlanıb
"Azercell" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Bakıda iri marketlərdən birində kütləvi zəhərlənmə olub
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Öötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Ceyhun Bayramov İrana rəsmi səfərə gedib
Çempionlar Liqası:"Lex" - "Qarabağ" oyununa 22 mindən çox bilet satılıb
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub