Ceyhun Bayramov Estoniya parlamentinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, qonaqları salamlayan Ceyhun Bayramov Azərbaycanın dost Estoniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini vurğulayıb. Ölkələrimiz arasında son zamanlar intensiv dialoqun həyata keçirildiyi, o cümlədən parlament səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirildiyi məmnunluqla qeyd edilib. Nazir cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu, bu müddətdə əlaqələrin inkişafında bir sıra uğurlara imza atıldığını vurğulayıb və gələcəkdə əməkdaşlığın daha da inkişafında maraqlı olduğumuzu diqqətə çatdırıb.
Estoniya parlamentinin sədri Yuri Ratas ölkəmizə səfərinin çox məhsuldar olduğunu qeyd edib, Azərbaycan dövlətinin başçısı ilə keçirilən görüşü, Şuşa şəhərinə səfərini məmnunluqla xatırladıb. O, iki ölkə arasında tarixi bağların olduğunu vurğulayaraq, Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Görüşdə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi, informasiya texnologiyaları, ətraf mühit, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə informasiya texnologiyaları, təhsil, alternativ enerji sahələrində əməkdaşlığın inkişafı potensialının olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Estoniya parlamentinin sədrinə bölgədə mövcud münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, geniş bərpa və quruculuq işləri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən Brüsseldə liderlər arasında baş tutan görüş barədə məlumat verib.
Yuri Ratas Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini qeyd edib və ölkəsinin bölgədə sülhün təmin edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Söhbət zamanı, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək