İrəvanda Ermənistanın Milli Təhlükəsizlik Şurasının binası yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında bir neçə qarşıdurma yaşanıb.
YeniAvropa Ermənistan mediasına istinadla xəbər verir ki, qarşıdurma Milli Təhlükəsizlik Şurasının binasına girişləri mühafizə edən polis qüvvələri ilə binaya daxil olmağa çalışan aksiya iştirakçıları arasında başlayıb. Təhlükəsizlik qüvvələri dəstək üçün göndərilən “qara beretlilərin” - xüsusi təyinatlıların köməyi ilə etirazçıları mühasirəyə alsa da, onlara hücum etməyib. İnsident bir neçə qarşıdurma ilə yekunlaşıb və ciddi toqquşmalara keçməyib.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.