logo

Faktiki hava:Xəzər dənizində dalğanın hündürlüyü 2,7 metrə çatır

11:12 25-05-2022 | icon 1624
Faktiki hava:Xəzər dənizində dalğanın hündürlüyü 2,7 metrə çatır

Mayın 25-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Xınalıqda 20, Qrızda 14 santimetr təşkil edib.

Düşən yağıntının miqdarı Oğuzda 62 (aylıq normanın 59 faizi), Qəbələdə 59 (aylıq normanın 49 faizi), Qrızda 35 (aylıq normanın 41 faizi), Xınalıqda 32 (aylıq normanın 58 faizi), Altıağacda 31 (aylıq normanın 43 faizi), Xaltanda 29 (aylıq normanın 34 faizi), Bərdədə 28 (aylıq normanın 54 faizi), Göygöldə 28 (aylıq normanın 24 faizi), Zaqatalada 25, Tərtərdə 23 (aylıq normanın 44 faizi), Cəfərxanda 23 (aylıq normanın 70 faizi), Qusarda 22 (aylıq normanın 40 faizi), Yevlaxda 20 (aylıq normanın 50 faizi), Balakəndə 20, Sabirabada 19 (aylıq normanın 57 faizi), Zərdabda 18 (aylıq normanın 49 faizi), Qubada 18 (aylıq normanın 33 faizi), Şəkidə 17, Beyləqanda 16 (aylıq normanın 42), Şirvan, Qobustan, Tovuz, Ləzə, Kürdəmirdə 15 (aylıq normanın 39 faizi), Daşkəsəndə 15, Mingəçevirdə 14 (aylıq normanın 31 faizi), Sarıbaşda (Qax) 14, Gədəbəy, Göyçayda 13, İmişlidə 12 (aylıq normanın 36 faizi), Salyanda 12 (aylıq normanın 45 faizi), Lerik, Neftçalada 12 (aylıq normanın 46 faizi), Naftalanda 12, Yardımlı, Şahbuzda 11, Ağdamda 10, Naxçıvan, Gəncə, Kişçayda (Şəki) 9, Şəmkir, Ağdərədə (Ordubad) 8, Ağstafa, Hacıqabulda 5, Şabran, Şərurda 4, Astara, Culfada 1 millimetr, Bakıda və Abşeron yarımadasında: Binə, Bakıda 3, Sumqayıt, Maştağa, Pirallahıda 2 millimetrədək olub.

Mayın 24-də şimal-qərb küləyi əsib, arabir Gəncədə 24, Naftalanda 21, Şərur, Naxçıvanda 15, Bakıda və Abşeron yarımadasında: Bakıda 24, Binə, Sumqayıtda 21, Pirallahıda 17, Neft Daşlarında 16 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Mayın 24-də Bakıda Havanın temperaturu iqlim normasından 2° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Naxçıvan Muxtar Respublikasında 8-12°, dağlıq rayonlarda 0-5°, aran rayonlarında 12-14° isti təşkil edib.