logo

Hərbi attaşelər Naxçıvana səfər ediblər

09:29 25-05-2022 | icon 2555
Hərbi attaşelər Naxçıvana səfər ediblər

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və onların ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. Səfə çərçivəsində qonaqlar bir sıra hərbi obyektlərdə olublar.

YeniAvropa xəbər verir ki, qonaqlar səfər çərçivəsində, həmçinin,  Əlahiddə Ümumqoşun Ordunun müxtəlif bölmələrinə baş çəkib, qərargah və digər binaların imkanları ilə tanış olublar. Təlim-Tədris Mərkəzində qonaqlara məlumat verilib ki, binada, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, tədbir zalı fəaliyyət göstərir. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə trenajorlar quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir.

Sonra qonaqlar hərbi hissədə əsgəri məişət kompleksləri, həmçinin döyüş texnika parkı və döyüş texnikaları ilə tanış olublar. Ziyarət zamanı qonaqlar üçün çay, eləcə də Uzunoba restoranında nahar süfrəsi təşkil edilib.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.