logo

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni  müavinlər təyin edilib

20:56 24-05-2022 | icon 1918
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni  müavinlər təyin edilib

Prezident İlham Əliyev mayın 24-də Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin təyin edilməsi barədə sərəncamlar imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Birinci sərəncamla deyilir: "Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Prezidentin imzaladığı digər bir sərəncamla isə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.