logo

Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək

18:36 24-05-2022 | icon 3262
Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək

Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək.

YeniAvropa xəbər verir ki, bunu “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, iyunun 4-də Şuşa şəhərində forum iştirakçılarının sessiya konfransı keçiriləcək. Orada tədbir iştirakçıları arasında bir sıra saziş və sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, iyunun 1-dən 3-dək keçiriləcək “Bakı Enerji Həftəsi”nə 30 ölkədən 300-ə yaxın şirkət iştirakını təsdiq edib. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları ilə təşkil olunur.