logo

Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq

13:53 24-05-2022 | icon 735
Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq

Azərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14°, gündüz 16-19° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacağı ehtimal edilir.