logo

Balakişi Qasımov yenidən "İTV"nin baş direktoru seçilib

11:55 24-05-2022 | icon 1785
Balakişi Qasımov yenidən "İTV"nin baş direktoru seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib.

YeniAvropa xəbər verir ki, Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

Gizli səsvermədə iştirak edən Yayım Şurasının 9 üzvünün hamısı Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 8 nəfərin namizədliyi irəli sürülmüşdü.