logo

Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib oldu

10:30 24-05-2022 | icon 5250
Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib oldu

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hücumçu Almaniya çempionatının 34 oyununda 35 qol vurub.

Yetmiş xala malik polşalı hücumçu rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin ulduzu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real”) hərəyə 27 topla 54 xal yığıblar.

Qeyd edək ki, futbolçu ötən mövsüm 41 qolla (82 xal) “Qızıl buts” qazanmışdı.