logo

Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünü alqışlayırıq-Cozep Borrell

10:10 24-05-2022 | icon 6790
Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünü alqışlayırıq-Cozep Borrell

Avropa İttifaqı Şurasının(Aİ) prezidentinin Brüsseldə ev sahibliyi etdiyi Ermənistan və Azərbaycan liderlərinin üçüncü üçtərəfli görüşünü alqışlayırıq.

YeniAvropa xəbər verir ki, bu sözləri Avropa İttifaqının(Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell özünün rəsmi "Twitter" hesabında yazıb.

 “Davamlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görəcəyimə ümid edirəm”,-deyə o, paylaşımında qeyd edib.

Cozep Borrell Aİ-nin regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcəyini də vurğulayıb.