logo

Tufan səbəbindən Bakıdan Naxçıvan uçan təyyarə geri qayıtdı

21:23 23-05-2022 | icon 2912
Tufan səbəbindən Bakıdan Naxçıvan uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.