logo

Paytaxtın mərkəzi küçələri bu axşamdan "Formula 1"ə görə bağlanır

20:53 23-05-2022 | icon 1666
Paytaxtın mərkəzi küçələri bu axşamdan "Formula 1"ə görə bağlanır

"Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq - Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkətindən(BŞH)  bildirilib. Qeyd edilib ki, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.

Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.