logo

Əfv Komissiyasında baxılan  600 nəfərin siyahısı prezidentə təqdim olunacaq

20:10 23-05-2022 | icon 1547
Əfv Komissiyasında baxılan  600 nəfərin siyahısı prezidentə təqdim olunacaq

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

YeniAvropa xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının  28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.