logo

Milli Məclisin deputatı AŞ PA-nın komitə iclaslarında iştirak edəcək

19:59 23-05-2022 | icon 1841
Milli Məclisin deputatı AŞ PA-nın komitə iclaslarında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında(AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 24-25-də Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, Monitorinq komitəsinin iclasında əvvəlki iclasların protokollarının təsdiqlənməsi, üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi kimi məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Məlumatda həmçinin, qeyd edilib ki, Səməd Seyidov bundan əlavə, AŞ PA-nın Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 30-dan iyunun 2-dək İrlandiyanın Dublin şəhərində səfərdə olacaq.

AŞ PA-nın Daimi komitəsinin iclasında təşkilati məsələlərə baxılacaq, “Miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasət”, “Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf” kimi mövzular müzakirə olunacaq.