logo

Paşinyan da Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya yaradır

19:33 23-05-2022 | icon 1540
Paşinyan da Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya yaradır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla dövlət sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Komissiyanın tərkibində nazirliklərin və digər strukturların nümayəndələri də yer alacaq.