logo

Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı

17:13 23-05-2022 | icon 777
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı

Mayın 23-ü axşam və 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 28 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi bildirilir. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.