logo

Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib

15:45 23-05-2022 | icon 3157
Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin(Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti mayın 23-də Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən estoniyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı Estoniya Riiqikoqunun nümayəndə heyətini Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslə müşayiət ediblər.