Kazanda İƏT Gənc Sahibkarlarının VIII Beynəlxalq Forumu keçirilib
Tatarıstanın paytaxtı Kazanda Tatarıstan Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) və Tatarıstanın aparıcı gənclər təşkilatı “Sələt” Gənclər Fondunun birgə təşkilatçılığı ilə iki gün davan edən İƏT ölkələri Gənc Sahibkarların ənənəvi beynəlxalq VIII Forumu keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumundan bildirilib.
Qeyd edilib ki, tədbiri moderator kimi açılışı edən Mixail Vanyuşin qonaqları və iştirakçıları salamlayıb. İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti Taha Ayxan, Forumun Avrasiya üzrə Regional Mərkəzinin baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov, eləcə də Rosmolodyoj Biznesin rəhbəri Aleksey Rvaçev iştirakçılara bu platformun İƏT ölkələrində gənclər üçün layihə təqdim etmək və investisiya əldə etmək baxımından əhəmiyyətini xüsusi qeyd ediblər.
Forumun birinci günü keçirilən plenar sessiyasında İƏT ölkələrində uğurlu biznesin qurulması mövzusu ətrafında Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının prezidenti Həsən Bəsri Kurt, Azərbaycan SABAH.lab-ın baş icraçı direktoru Rəhim Bayramlı (onlayn formatda), KOBİA (Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı agentliyi) nümayəndəsi Anar Yusufzadə Beynəlxalq Sahibkarlıq üzrə məsləhətçi Ziad Baruni və EjadLabs-ın baş icraçı direktoru Arziş Azam ekspert qismində treninq proqramları ilə çıxış ediblər və iştirakçıların suallarına cavab veriblər.
Tərəfdaş sessiyasında Tatarıstan Respublikası İnvestisiya və Vençur Fondunun nümayəndəsi Adel Gilaziyev, Sabah.lab-ın icmalar üzrə meneceri Talifə İsgəndərli və Rosmolodyojun Beynəlxalq Departamentində Gənc layihələr və proqramlar sektorunun rəhbəri Valeria Çernoqorodova təmsil etdikləri qurumlar haqda təqdimatla çıxış ediblər.
Ümumilikdə Foruma bir aylıq hazırlıq mərhələsində tədbir üçün 35 ölkədən 150-yə yaxın startap qeydiyyatdan keçib. Bir ayda onlayn formatda 20 ölkəni təmsil edən 50 startap layihəsi müəllifi olan gənc sahibkar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ekspert və mentorların keçirdiyi təlimlərdə iştirak edərək müvafiq biliklər əldə ediblər. Onlardan İndoneziya, Pakistan, Malayziya, Azərbaycan, Nigeriya, İordaniya, bütövlükdə 15 ölkəni təmsil edən ən yaxşı 33 startap layihəsi isə investisiya sessiyasının “Demo günü” deyilən final mərhələsinə seçiliblər. Bu mərhələdə startapçılar investorların iştirakı ilə öz layihələrinin təqdimatını keçiriblər və maraqlanan investorlarla əlaqə yaradıblar.
VIII Beynəlxalq Kazan Forumunun bağlanış mərasimində Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti Taha Ayxan, Forumun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təbrik nitqləri ilə çıxış edərək, uğur qazanmış layihə müəlliflərini təbrik ediblər, eləcə də tədbirin vacibliyini qeyd ediblər. Azərbaycan təcrübəsinin bölüşüldüyü və müzakirə edildiyi tədbirin sonunda üç qalib startap layihəsinə İƏT Gənclər Forumu ARM tərəfindən investisiya vəsaitinin ayrılması elan edilib. Tatarıstanın Gənclər İşləri üzrə naziri Timur Süleymanov çıxış edərək Kazanda keçirilən İƏT Gənc Sahibkarlar Forumunun əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığın davam edəcəyini bildirib.
Qeyd edək ki, 2014-2021-ci illərdə Kazan Forumunun fəaliyyəti nəticəsində 50 ölkəni təmsil edən 1000-dən çox gənc sahibkarın biznes fəaliyyəti üçün 2 milyon dollardan çox investisiya vəsaiti cəlb edilib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır