logo

Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında iştirak edir

10:30 23-05-2022 | icon 7469
Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında iştirak edir

Mayın 22-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının açılış mərasimi keçirilib.

YeniAvropa Səhiyyə Nazirliyinə istinadla bildirir ki, ölkəmiz Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri P.Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT Bölməsi və Digər Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilovun da iştirak etdiyi görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası mayın 28-də yekunlaşacaq.