logo

"Chessable Masters”: Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə qazanıb

09:49 23-05-2022 | icon 3633
"Chessable Masters”: Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə qazanıb

Şahmat üzrə “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında ilkin mərhələnin son oyunları keçirilib.

 YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Cons Gevane (İngiltərə), David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə keçirdiyi hər üç görüşünü heç-heçə ilə başa vurub. Ötən 15 turda 22 xal toplayan şahmatçımız dörddəbir finala vəsiqə qazanıb.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.