logo

İsrail Azərbaycandan buğda almağa hazırlaşır

23:13 19-05-2022 | icon 69363
İsrail Azərbaycandan buğda almağa hazırlaşır

Mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərdə gəlib. Görüşlər zamanı Azərbaycanın kənd təsərrüfatında müasir İsrail texnologiyalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, mayın 18-də Bakıda hər iki ölkənin şirkətlərinin iştirakı ilə Azərbaycan-İsrail biznes forumu da keçirilib.

YeniAvropa xəbər verir ki, forum çərçivəsində İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri yerli KİV-lərə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- İsrail 2025-ci ildə satın almaq məqsədilə Azərbaycan tərəfini buğda yetişdirilməsi üzrə ən son aqrotexniki texnologiyalar ilə təmin edəcək. Azərbaycana hansı texnologiyaların və hansı həcmdə tədarükü planlaşdırılır? İlk çatdırılma nə vaxta planlaşdırılır?

- Söhbət Azərbaycanla ümumilikdə kənd təsərrüfatı sahəsində əməkdaşlıqdan gedir. Buğda Azərbaycanla əməkdaşlıq etmək istədiyimiz kənd təsərrüfatı sahələrindən biridir. İsrailin buğdanın konkret növləri, hansı buğdanın harada yetişdiriləcəyini müəyyənləşdirməklə bağlı, aqreqasiya və məhsulun saxlanması sahəsində böyük təcrübəsi var. Azərbaycanda isə kənd təsərrüfatı ehtiyacları üçün istifadə oluna biləcək çoxlu ərazilər var. Buğda da orada yetişdirə biləcəyiniz bitkidir. Müəyyən biliklərlə buğda yetişdirmək böyük problem deyil.

Bilirəm ki, Azərbaycan buğda idxalından asılılığı aradan qaldırmaq istəyir, bu, onun məqsədidir. Əlbəttə ki, biz də Azərbaycanın yekunda ehtiyac duyduğu buğdanın hamısını yetişdirə bilməsini və satmaq üçün kifayət qədər buğdasının olmasını istərdik. Belə olarsa, buğdanı almağa ilk biz hazır olacağıq. İsrail özü üçün buğda yetişdirə bilməz, biz çox kiçik ölkəyik. Bizə lazım olan buğdanın yalnız bir hissəsini yetişdiririk, qalanını isə xaricdən alırıq. Əlbəttə, Rusiya və Ukrayna dünyanın bir çox ölkələri kimi, İsrail üçün də əsas buğda təchizatçılarıdır və indi biz buğda alışımızı şaxələndirmək istəyirik. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq qurduğumuz, İsrailin yaxşı dostu olan Azərbaycan isə buğda alacağımız təchizatçı ölkəyə çevrilə bilər.

- İsrail Azərbaycandan nə qədər buğda idxal etməyi planlaşdırır?

- Planlaşdırmağa yeni başladığımızdan əsas mərhələlər barədə hələ məlumatım yoxdur. Prezidentlə çox səmərəli görüşüm oldu. Strateji beşillik, bəlkə də onillik plan hazırlamaq üçün İsrail və Azərbaycandan qrupların yaradılmasının mümkünlüyü müzakirə olundu. Amma yaxşı olardı ki, əvvəlcə beşillik dövrü seçib bu müddət ərzində qarşımıza hansı məqsədləri qoya biləcəyimizi görmək daha yaxşıdır.

Artıq Azərbaycanda bir sıra İsrail şirkətləri fəaliyyət göstərir, İsraillə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da yaxşı əlaqələr qurulub. Bununla belə, iki ölkənin hökumətləri İsrail və Azərbaycanın özəl sektoru arasında əməkdaşlığın qurulması, eləcə də hazırkı imkanlarımızı inkişaf etdirmək və istifadə etmək üçün planı hazırlamalıdırlar.

Bərpa etmək istədiyiniz böyük ərazini nəzərə alsaq, indi Azərbaycanın qarşısında böyük imkanlar açılır. İsrail bilik və təcrübəsi, Azərbaycanda kənd təsərrüfatının inkişafında maraqlı olan gənc nəslin hazırlanması yolu ilə bu işdə kömək edə bilər. Düşünürəm ki, artıq ilk addımlar atılıb. Bir neçə ay əvvəl Azərbaycanın kənd təsərrüfatı naziri İsrailə səfər etmişdi, biz bəzi tələbələrin oxumaq və təcrübə keçməsi üçün İsrailə gəlişi barədə danışmışdıq. Bu gün biz İsrailin aqrar sektorunu, xüsusən də quraq rayonlarda kənd təsərrüfatının necə qurulduğunu, kənd təsərrüfatı məhsullarını necə yetişdirdiyimizi və bu sahədə xüsusi texnologiyalardan necə istifadə etdiyimizi canlı görmək üçün bir il müddətinə İsrailə gələcək 50 tələbə ilə görüşdük. Bu planı hazırda işləyirik. Lakin bu, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın yeni dövrünə doğru ilk addımdır.

Bu planı yaxın bir neçə ayda tərtib etməyi planlaşdırırıq. Buğda bu planın yalnız bir hissəsidir.

Buraya Azərbaycandan almağı planlaşdırdığımız və artıq bütün dünyada satdığınız məhsullar da daxil ola bilər. Ölkəniz pomidor, qarağat ixrac edir. İsrail Kənd Təsərrüfatı Nazirliyinin Bitkilərin mühafizəsi şöbəsinin meneceri də mənimlə gəlib. O, Azərbaycandan hansı meyvə-tərəvəzi ala biləcəyimizi araşdıracaq.

Onları İsraildə istehsal etsək belə, rəqabətli bazara sahib olmaq və vətəndaşlarımızın meyvə-tərəvəz üçün ödədiyi qiymətləri aşağı salmaq istəyirik. Biz əvvəlcə hazırda kənd təsərrüfatı üçün hansı torpaqların olduğunu və hansı məhsulların yetişdirilə bilinəcəyini müəyyənləşdirməliyik, sonra isə birlikdə həyata keçirəcəyimiz planı tərtib etməliyik. Bu plan bir çox məsələni əhatə edir. Su resurslarının idarəolunması sahəsində İsrailin böyük təcrübəsi var.

- Azərbaycan üçün su resursları problemi çox aktualdır. Məlum olduğu kimi, İsrailin “Mekorot” şirkəti səmərəlilik, su sərfiyyatının azaldılması, monitorinq və texniki xidmət üçün qabaqcıl modellərdən istifadə, həmçinin enerji sərfiyyatının azaldılması ilə bağlı tövsiyələr hazırlayacaq. Dövlət səviyyəsində bu cür tövsiyələri və ya təcrübə mübadiləsini gözləməyə dəyər?

- Birincisi, “Mekorot” dövlətə məxsus şirkətdir. Hökumət ən yaşlı şirkətlərdən biri olan “Mekorot”un səhmdarıdır.

İsrailin su resurslarının, sistemlərinin və su bazarlarının idarəedilməsi sahəsində böyük təcrübəsi var. Bizim suvarma sistemləri üzrə ixtisaslaşmış şirkətlərimiz var, onlardan biri artıq sərgidə iştirak edir.

Düşünürəm ki, problem təkcə artıq mövcud olan su itkisində deyil, həm də duzsuzlaşdırma, dəniz suyunun emal edilərək içməli suya çevrilməsi ilə bağlı biliklərdədir.

Son 20 ildə biz İsraildə bu məsələdə böyük dəyişikliklər əldə etdik.

Üçüncüsü, bu, suyun təkrar emalı və kənd təsərrüfatında istifadəsi üçün imkandır. İsraildə kənd təsərrüfatına yararlı torpaqların 80 faizindən çoxu təmizlənmiş su ilə suvarılır. Bu, bütün dünyada ən yüksək faizdir. Emal olunmuş sudan istifadə kənd təsərrüfatı üçün böyük həllər qazandırır. Əslində İsraildə su hazırda problem deyil. Problem ondadır ki, o, çox bahadır.

Bu ilin fevral ayının ortalarına olan duruma görə, İsrailin 15-ə qədərşirkəti Bakıdakı səfirlik vasitəsilə Qarabağda kənd təsərrüfatı sahəsində layihələrdə iştirak etmək üçün müraciət edibOnları hansı layihələr maraqlandırır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İsrailin yeni layihələrinin həyata keçirilməsini gözləməyə dəyərmi?

- Hazırda Qarabağda həyata keçirilən layihələr haqqında nə deyə bilərəm? Bu, təbii ki, artıq getdiyim “ağıllı kənd”dir. Cəmi bir il əvvəl bunun sadəcə bir xəyal olduğunu görmək çox ruhlandırıcıdır, amma bir il ərzində bu layihə həyata keçirildi və İsrailin bunun bir hissəsi ola biləcəyinə görə şadam. Bütün dünyada demək olar hər gün insanlar bilmədən İsrail texnologiyasından istifadə edirlər. İndi isə düşünürəm ki, bu yüksək texnologiyanı “ağıllı kənd”ə yerləşdirək.

İsrail kənd təsərrüfatı texnologiyaları sahəsində də zəngin təcrübəyə malikdir. Düşünürəm ki, sıfırdan tikinti zamanı bütün bu texnologiyalardan istifadə bölgəni çox tez bərpa etməyə kömək edəcək. Çünki texnologiya həqiqətən vaxtı azaldır və insanlar orada işləyib pul qazana bilirlər. Düşünürəm ki, ağıllı şəhərlərdə gördüyüm əsas şey texnologiyanın şəhər mərkəzindən uzaqda olan insanlar üçün iş yerləri yaratmağa imkan verməsidir.

- Qeyd etdiniz ki, Rusiya və Ukrayna İsrail üçün əsas buğda təchizatçılarıdır. Ukraynadakı müharibə İsrailin təchizatına necə təsir edib?

- Ukraynadakı vəziyyət təchizata təsir edir. Biz yeni bazarlara açığıq. Məsələn, İsrail süfrə yumurtasına olan tələbatın 95 faizini yerli istehsal hesabına ödəyir, qalan 5 faiz isə Ukraynadan idxal ilə təmin olunur. Biz yeni bazarlar açmışıq, bu, bir az çətindir, çünki yaxşı və xeyirli məhsullar idxal etdiyimiz üçün İsrail baytarlıq orqanlarından icazə almaq lazımdır. İndi İspaniya, İtaliya, Polşa, Bolqarıstandan yumurta idxal edirik. Buğda ilə də eyni vəziyyətdir. Əlbəttə, Ukrayna ən yaxın və asan bazar idi, lakin meyvə-tərəvəz idxalını diversifikasiya etməliyik./“Report”