logo

Şuşanın UNESCO-nun İÜmumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib

19:20 19-05-2022 | icon 7966
Şuşanın UNESCO-nun İÜmumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib

Şuşanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib.

YeniAvropa xəbər verir ki, bu təkliflə Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxış edib.

“Şuşa UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına ən yaxşı namizəddir. Şuşanın gözəlliyi, landşaftı və azərbaycanlıların buraya verdiyi əhəmiyyət bunu bir daha sübut edir”,-deyə R.Bondin vurğulayıb.