logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 345 min nəfərə çatır

17:29 19-05-2022 | icon 5425
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 345 min nəfərə çatır

Mayın 19-də Azərbaycanda yeni növ koronavirus(COVID-19) infeksiyası əleyhinə 3 min 197  doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 451 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 170-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci doza peyvəndlərin ümumi sayı 5 344 904, ikinci doza vaksinlərin sayı 4 845 785 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 263 579, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 915 olub.