logo

Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir

10:50 19-05-2022 | icon 1519
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

YeniAvropa xəbər verir ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri Kamal Abdullayev, G20 Dinlərarası Assosiasiyasının vitse-prezidenti, Dünya Dinlərinin Dialoq İnkişafının İcraçı direktoru, Corctaun Universiteti Berkli Mərkəzinin Din, Sülh və Dünya İşləri üzrə baş əməkdaşı Ketrin Marşal, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.

Konfransın panel iclaslarında "Sülhquruculuq, sülhməramlılıq və sabitlik üzrə dinin rolu", "Tolerantlıq və multikulturalizm: regional və dini prrspektivlər", " COVID ilə mübarizədə dinin roluna dair regional perspektivlər" mövzusunda müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ Stirling Fondudur.