Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Mayın 18-də Azərbaycan prezidenti İlham Əliyevin Litva Respublikasının prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib:
- Cənab prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.
İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, - informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqliyyata qədər, - həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir.
Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var.
Bir daha xoş gəlmisiniz və Azərbaycana səfər etdiyiniz üçün Sizə təşəkkür edirik.
Litva prezidenti Gitanas Nauseda deyib:
- Təşəkkür edirəm, cənab prezident. Siz bizim müzakirə etmək imkanımızın olduğu məsələləri artıq qeyd etdiniz. Onların arasında regionda təhlükəsizliklə bağlı vəziyyət və ümumilikdə bir çox sahələrdə əməkdaşlığımız və iqtisadi əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən nazir müavinlərindən ibarət nümayəndə heyəti, iqtisadiyyat, nəqliyyat, təhsil, kənd təsərrüfatı nazirlərinin müavinləri mənimlə birlikdədirlər. Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, xüsusilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir. Mən Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub. İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.
İlham Əliyev Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında iştirak edib
Yeni qaydalarla banklar necə lisenziya ala biləcəklər?
Gələn il tələbələr dövlət imtahanı vermədən məzun olacaqlar
Mərkəzi Bankın səlahiyyətləri artırılır
Bu ildən orta ixtisas təhsili müəssisələrində yekun attestasiya aparılmayacaq
Sabah Bakıda 32° isti olacaq
Azərbaycan-Gürcüstan-Türkiyə tranzit gömrük prosedurları asanlaşdırılır
İlin sonunadək BTC ilə 1,125 milyon ton Qazaxıstan neftinin nəql ediləcək
Qarabağ Dirçəliş Fondunun ümumi aktivləri 1,2 milyard manatı ötüb
“SOCAR PETROLEUM”un vəzifəli şəxsinin məhkəməsi başlayır
Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
Milli Məclisin növbədənkənar sessiyasında 41 məsələ müzakirə edilir
Paytaxtda ana azyaşlı övladları ilə birgə itkin düşüb
Qubada 45 yaşlı kişi intihar edib
"AZAL" “Türk Hava Yolları” ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb
Azərbaycan nefti 78,43 dollara satılır
Paytaxtda iməcilik keçiriləcək
Külli miqdarda rüşvət alan icra nümayəndəsinin məhkəsi başlayır
Sabah IV siniflərdə monitorinq keçiriləcək
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
Azərbaycanda süni düyülər satılmıq-Qoşqar Təhməzli
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb
Bişkekdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib