logo

Belarusun baş naziri Azərbaycana gəlib

14:44 18-05-2022 | icon 8064
Belarusun baş naziri Azərbaycana gəlib

Belarusun baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.

Səfər çərçivəsində R.Qolovçenko Azərbaycanın baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.

Səfər iki gün davam edəcək.