logo

Gürcüstan-NATO  təhlükəsizlik məsələləri müzakirə olunub

13:53 18-05-2022 | icon 8813
Gürcüstan-NATO  təhlükəsizlik məsələləri müzakirə olunub

Brüsseldə səfərdə olan Gürcüstan Müdafiə Qüvvələrinin rəhbəri general-mayor Giorgi Matiaşvili NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Cənubi Qafqaz bölgəsində təhlükəsizlik mühiti, Ukraynada davam edən hərbi əməliyyatlar əsas müzakirə mövzusu olub. Həmçinin, NATO-Gürcüstan əməkdaşlığı məsələləri, mövcud təhdidlər və çağırışlar qarşısında əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Tərəflər Gürcüstan Müdafiə Qüvvələrində davam edən transformasiya prosesi, eləcə də NATO-Gürcüstan Əsas Paketi (SNGP) çərçivəsində həyata keçirilən mühüm təşəbbüslər ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşdə Gürcüstanın NATO-nun rəhbərlik etdiyi beynəlxalq sülhməramlı əməliyyatlara böyük töhfəsi vurğulanıb və Gürcüstan tərəfinin Alyansın missiya və əməliyyatlarında gələcəkdə iştirakını davam etdirməyə hazırlığı ifadə olunub.