logo

Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün rəsmən müraciət ediblər

11:55 18-05-2022 | icon 2177
Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün rəsmən müraciət ediblər

Finlandiya və İsveçin NATO-dakı səfirləri ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər.

YeniAvropa xəbər verir ki, NATO-nun mətbuat xidməti mərasimi canlı yayımlayıb. Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulmaları barədə müraciətlərini alqışladığını və bunun üçün zəruri olan məsələlərin tezliklə həll olunacağını bildirib.

Qeyd edək ki, NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.

Lakin indiki halda Türkiyə İsveç və Finlandiyanın alyansa daxil olmasının əleyhinədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu ölkələr terrorçuları ekstradisiya etməkdən boyun qaçırıb və Ankaraya qarşı sanksiyalar tətbiq edib.