logo

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

22:10 17-05-2022 | icon 9387
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Nazirliyin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.