logo

Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib

21:22 17-05-2022 | icon 1596
Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib

Litva Respublikasının prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva Respublikasının prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.