logo

Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verdi

14:14 17-05-2022 | icon 9415
Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verdi

Ukrayna prezidenti Volodimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün "Twitter" hesabında məlumat paylaşıb.

Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.